Fazil Mustafa: "Bu cür konfransların əhəmiyyəti böyükdür"
    • Bu gün, 11:26
    • 59

Fazil Mustafa: "Bu cür konfransların əhəmiyyəti böyükdür"

"Hüquq camiəsinin vaxtaşırı bir araya gəlib hüququn aktual problemlərini müzakirə etməsi elmin bu sahəsinə verilə biləcək ən ciddi töhfələrdən biridir".

Bu sözləri News24.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə “Cinayət siyasətinin fəlsəfi-hüquqi məsələləri” mövzusunda keçirilən beynəlxalq konfransın əhəmiyyəti barədə danışarkən deyib.

"Elm elədir ki, müzakirə olunduqca, fərqli fikirlər dinlənildikcə, fəqli iddialar irəli sürüldükcə hansısa sahədə müəyyən boşluqların doldurulması, yeniliklərin əldə olunması daha tez müəyyənləşir. Bu baxımdan da Qara dəniz və Xəzər dənizi hüquqşunasların işbirliyi formatında belə tədbirlərin keçirilməsi hər dəfə hüququn hansısa bir sahəsinə aid olan məsələlərin müzakirəsi və beynəlxalq formatda ayrı-ayrı ölkələrin təcrübələrinin mübadilə olunması ümumi hüquq elminin inkişafına, praktiki tətbiqlə bağlı məsələlərdə irəliləyişə səbəb olur. Bu səbəbdən də bu cür konfransların əhəmiyyəti böyükdür. 

Burada müxtəlif elm sahəsinə hüququn ayrı-ayrı istiqamətlərinə müəyyən tətqiqatları ilə töhfə vermiş alimlərin fikirlərini dinləmək, onları müqayisəli şəkildə təhlil etmək hər bir hüquqşunas üçün yeni bir düşüncə, yeni bir anlayış əldə etmək fürsəti yaradır", - deyə o bildirib.

Günel Məlikzadə