Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası Bakıda beynəlxalq konfrans keçirir - FOTO - VİDEO
    • Bu gün, 10:40
    • 95

Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyası Bakıda beynəlxalq konfrans keçirir - FOTO - VİDEO

Bakıda bu gün Hilton Hotelində Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının təşkilatçılığı ilə "Cinayət siyasətinin fəlsəfi-hüquqi məsələləri” mövzusunda beynəlxalq konfrans keçirilir.

News24.az xəbər verir ki, beynəlxalq konfransda Azərbaycanın dövlət qurumlarının təmsilçiləri, Milli Məclisin deputatları, respublikanın tanımış hüquqşünasları, QHT və KİV nümayəndələri eləcə də, Rusiya, Türkiyə, Bolqarıstan, Qazaxıstan, Serbiya, Albaniya və s. ölkələrdən nüfuzlu hüquqşünaslar iştirak edib.

Öncə Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, hüquq elmləri doktoru, professor İlham Rəhimov konfrans iştirakçılarını salamlayıb və beynəlxalq konfransın əhəmiyyətindən danışıb.

Tədbirin əhəmiyyətindən danışan professor İlham Rəhimov bildirib ki, yeni reallıqlar  cinayət hüququna yeni yanaşmalar zəruri edir. 

"Konfransda yeni reallıqlara uyğun  cinayət hüququna və fəlsəfəsinə yeni baxışlar,  yanaşmalar, buna uyğun olaraq hansı addımların atılması kimi məsələlər müzakirə olunacaq",- deyə professor qeyd edib.

Konfransda Saratov Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Problemlərinin  Araşdırılması Mərkəzinin direktoru, professor Natalya Lopaşenko “Cinayət siyasəti: dərk olunmamış və dərkolunmaz  hadisələr  haqqında düşüncələr”,  professor Xanlar Ələkbərov “Müasir cinayət siyasətinin təşkilati-hüquqi və fəlsəfi problemləri” mövzusunda çıxış edib.

Tədbir davam edir.