Surovikin və 13 general həbs olundu, 15 zabit qovuldu
    • 14-07-2023, 22:27
    • 186

Surovikin və 13 general həbs olundu, 15 zabit qovuldu

Rusiyalı general Sergey Surovikin həbs edilib, ancaq ona qarşı hələ ittiham irəli sürülməyib.

News24.az​​​ xəbər verir ki, bu barədə ABŞ-ın “Voll Strit Jurnal” nəşri məlumat yayıb.

İddia edilib ki, Surovikdən başqa daha 13 yüksək rütbəli rus zabiti dindirilmək üçün saxlanılıb, 15 yüksək rütbəli zabit isə ordudakı vəzifələrindən qovulub. Onların hamısı Priqojin üsyanı başlayandan bir neçə saat sonra həbs olunub.

Amerika dövri nəşri Surovikinin Priqojinin niyyətlərindən xəbərdar olduğunu, lakin bu niyyətlərdə iştirak etmədiyini qeyd edir.

Qeyd edək ki, Surovikin 24 iyundan (“Vaqner”in üsyan etdiyi gün) yoxa çıxıb. Onun harada olduğu haqda məlumat verilmir.

Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov Rusiya Aerokosmik Qüvvələrinin baş komandanı Sergey Surovikin hazırda məzuniyyətdə olduğunu, onunla əlaqə saxlamağın mümkün olmadığını bildirmişdi.