"Ukraynanın hərbi sənayesi yoxdur, suverenliyini itirib” - Viktor Orban
    • 15-07-2023, 13:33
    • 266

"Ukraynanın hərbi sənayesi yoxdur, suverenliyini itirib” - Viktor Orban

“Ukraynanın pulu qurtarıb, hərbi sənayesi yoxdur. Ölkə öz suverenliyini itirib, hər şeyi ABŞ və Qərbdən alır”.

News24.az  xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. 

Onun sözlərinə görə, ABŞ-ın istəyi olsa, Ukraynada sülh cəmi bir gündə real ola bilər. 
Orbana Vaşinqtonun niyə bunu istəmədiyi haqda sual verildikdə o bildirib ki, hazırda bütün dünya bu barədə düşünür.

“Nəhayət, Ukrayna faktiki olaraq öz suverenliyini itirdi, onun nə pulu var, nə hərbi sənayesi, nə də hərbi istehsal gücü. Pulu əsasən ABŞ-dan alır, hərbi vasitələr də amerikalılardan və Qərbdən gəlir”, - baş nazir əlavə edib.

Arzu