Ukraynada 34 hərbi obyekt məhv edildi - Rusiya MN
    • 7-04-2022, 00:14
    • 383

Ukraynada 34 hərbi obyekt məhv edildi - Rusiya MN

Rusiyanın operativ-taktiki aviasiyası gün ərzində Ukraynada 34 hərbi obyekti məhv edib.

Bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

General deyib ki, məhv edilən obyektlər arasında artilleriya batareyası, hərbi təchizat anbarları və hərbi texnika da yer alır. /Teleqraf.com/