-
- 15-07-2023, 15:57
- 346
Yüz ilin ən ağır böhranı olacaq - Ekspert xəbərdarlıq etdi
“Qərb ölkələrində həyat səviyyəsinin 40-50% aşağı düşməsi, gözümüzün qabağında dünyada cərəyan edən hazırkı böhranın nəticəsidir”.
News24.az xəbər verir ki, bunu tanınmış iqtisadçı ekspert Mixail Xazin deyib.
Onun sözlərinə görə, sonuncu dəfə bənzər eniş dərinliyi yalnız 20-ci əsrin 30-cu illərində, Böyük Depressiyanın əvvəlcə ABŞ-da, sonra isə bütün dünyada gurultusu ilə müşahidə olunub. Ekspert xəbərdarlıq edib ki, oxşar vəziyyət yenidən baş verə bilər.
Xazinin hesablamalarına görə, real böhranın kəskin mərhələsi ilin sonuna, qabaqcıl inkişaf etmiş ölkələrdə inflyasiyanın səviyyəsi kritik həddi keçəcək.
“Onlardakı iqtisadiyyat çılğınlaşa bilər. Bu baş versə, hamı əziyyət çəkəcək, çünki hazırkı liberal iqtisadi model sırf qlobal xarakter daşıyır. Mövcud system dağıldıqdan sonra dünyanın müxtəlif valyuta zonalarına bölünəcək”.
Arzu