"Bakı Konqres Mərkəzi"nin xalis mənfəəti 35 % artıb
    • 15-07-2023, 17:00
    • 310

"Bakı Konqres Mərkəzi"nin xalis mənfəəti 35 % artıb

Maliyyə Nazirliyinə məxsus "Bakı Konqres Mərkəzi" MMC 2022-ci ili 1,764 milyon manat xalis mənfəətlə başa vurub.

News24.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 35,3 % çoxdur.

Ötən il "Bakı Konqres Mərkəzi"nin satışdan gəlirləri 1,142 milyon manat (6,7 dəfə çox), satışdankənar gəlirləri 6,397 milyon manat (əvvəlki ilə nisbətən 4,5 % çox), digər gəlirləri 94 min manat (1,1 % az), inzibati xərcləri 5,429 milyon manat (21,8 % çox), mənfəət vergisi ödəmələri isə 441 min manat (35,3% çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Bakı Konqres Mərkəzinin aktivləri 8,593 milyon manat olub ki, bu da illik müqayisədə 34,5 % çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 3 dəfə artaraq 727 min manata, balans kapitalı isə 27,9 % artaraq 7,867 milyon manata çatıb.

Xatırladaq ki, "Bakı Konqres Mərkəzi" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır.