Namiqin konsertində kövrək anlar - Şəhidin qızı səhnəyə çıxdı
    • 16-07-2023, 14:04
    • 701

Namiqin konsertində kövrək anlar - Şəhidin qızı səhnəyə çıxdı

Namiq Qaraçuxurlu 14 ildən sonra ilk dəfə verdiyi konsert  zamanı kövrək anlar yaşanıb. 
News24.az xəbər verir ki, Füzuli döyüşləri zamanı həlak olan şəhid Elşən Musayevin qızı Ayşən səhnəyə çıxaraq sənətçiyə tədbirə dəvət etdiyi üçün təşəkkür edib. Atasının hər zaman Qaraçuxurluya qulaq asdığını bildirib.

Namiq bildirib ki, gələn qonaqların çoxunu tanıyır, onları illər ərzində konsertlərində gördüyünü söyləyib.

Konsert üzərində 40-dan çox komanda üzvü çalışıb.

Könül İbrahim