Alman general: Döyüşə hazır diviziyamız yoxdur 
    • 17-07-2023, 12:23
    • 155

Alman general: Döyüşə hazır diviziyamız yoxdur 

“Almaniyanın hazırda döyüşə hazır vahid diviziyası yoxdur”.

News24.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi məlumat yayıb.  

“Hazırda Berlində döyüşə hazır vahid bir diviziya yoxdur. Üç diviziyadan birincisinin 2025-ci ildə, ikincisinin isə 2027-ci ilə qədər döyüşə hazır olacağı gözlənilir”, - agentliyin açıqlamasında bildirilir.
 
Bundesver Quru Qüvvələrinin müfəttişi, general-leytenant Alfons Mais bildirib ki, ilkin olaraq hərbçi heyətin 80-90 faizi yaradılıb və bu yöndəki planlar artıq NATO ilə razılaşdırılıb. 

Generalın sözlərinə görə, Almaniya əvvəlcə iki mexanikləşdirilmiş briqada təşkil edəcək, sonra isə holland briqadası tərəfindən gücləndiriləcək.

Arzu