Qarabağa sərmayə yatırmaq istəyən şirkətlərin SAYI
    • 17-07-2023, 14:28
    • 549

Qarabağa sərmayə yatırmaq istəyən şirkətlərin SAYI

Bu günə qədər Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) 1 493 şirkətdən Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə investisiya yatırmaq üçün müraciət daxil olub.

News24.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının Direktorlar Şurasının 35-ci iclasında deyib.

O.Məmmədov bildirib ki, bunlardan 490-ı 37 ölkədən olan xarici investorlardır:

"Qarabağda biznes fəaliyyəti ilə məşğul olmaq üçün İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasına üzv dövlətlərin müraciətlərini əlaqələndirməyə hazırıq. Biz Qarabağda 3 əsas istiqamət üzrə fəaliyyətimizi qurmuşuq. Birincisi yerli və xarici investorları investisiya imkanları barədə məlumatlandırmaq, ikincisi yeni bizneslərin yaradılması üçün müraciətlərin qəbulu, üçüncüsü isə biznes infrastrukturlarının yaradılmasına dəstək göstərməkdir".