"Deyirlər, ağzımıza nə gəldi oxusaq da, camaat bizi bəyənəcək" - Əli Mirəliyev
    • 17-07-2023, 15:47
    • 720

"Deyirlər, ağzımıza nə gəldi oxusaq da, camaat bizi bəyənəcək" - Əli Mirəliyev

“Özləri yutub kanallarında süni baxış sayı düzəldirlər. Kimin baxış sayı çoxdursa, o toya baha qiymətə gedir. Görüm çıxıb efirdə konsert versən, kimsə baxacaq? Reytinq yığa bilməyəcəksən. Mən bunu 15 ildir deyirəm ki, bu müğənnilər baxış sayı ilə seyrçiləri aldadır. Biri elə Üzeyir Mehdizadə. O, camaatı aldada-aldada milyonlar qazanıb. Bunlar musiqiləri zibilləyirlər. O boyda Üzeyir Hacıbəyovun musiqisinin üstündən xətt çəkirlər ki, bax, söz belə olar, musiqi belə olar. Ağzımıza nə gəldi oxusaq, camaat bizi bəyənəcək".
 
Bu sözləri News24.az-a müğənni Əli Mirəliyev bəzi yerli müğənnilərin yutubda saxta baxış sayı yığmalarına münasibət bildirərkən deyib.

 “Mən deyəndə ki, bunlar hamını aldadır, deyirlər Əli, sənin yutubdan xəbərin var? Onların nə qədər izlənmə sayı var, filan. Nə olsun ki, o qədər izlənilirlər. Bunlar yutubla hara gedəcəklər? Bilirik də, o baxış sayları necə toplanır. Qadın oxuyandırsa soyunur, kişi oxuyandırsa, hoqqa çıxarır. Bunların oxuduğu nə musiqidir, nə də meyxana. Azərbaycan milli musiqisindən xəbərsizlərdir”.

Arzu