Bu il yerli müğənnilər "YouTube"da nə qədər baxış topladı - VİDEO
    • 31-12-2018, 10:35
    • 1 492

Bu il yerli müğənnilər "YouTube"da nə qədər baxış topladı - VİDEO

2018-ci ilin bitməsinə sayılı saatlar qalıb.

Geridə qoymağa hazırlaşdığımız bu il ərzində yerli müğənnilər arasında sadəcə 1 klip təqdim edənlər də oldu, demək olar olarki hər gün kamera önünə keçənlərdə...

Bir-birinin kliplərini “YouTube”dan yerli-dibli sildirmək istəyənləri və bunu bacarmayanları da nəzərə alsaq 2018-ci il “YouTube” video hostinqdə yerli məşhurların müharibə ili kimi də qeyd oluna bilər.

News24.az olaraq müğənnilərimizin il ərzində təqdim etdikləri ən baxımlı və dinlənilən işlərinin siyahısını hazırladıq.

Burada baxış sayına görə ilk pillədə Üzeyir Mehdizadə 60 milyon baxış sayı ilə “Yaşxı olar” adlı klipidir.

Azərbaycanda olduğu qədər Türkiyəyə də “Yandırdın qəlbimi” mahnısı ilə səs salan Aysel Əlizadə bəstəni ilk olaraq audio versiyada rəsmi YouTube kanalına yerləşdirib və 33 milyon baxış toplayıb.

Daha sonra sözügedən mahnıya klip də çəkdirən ifaçı bu dəfə 158 min izlənilib. Buna səbəb ekran işinin ifaçının 47 minlik abunəsi olan rəsmi kanalına deyil, Türkiyədə işbirliyi qurduğu şirkətin kanalına yüklənməsi ola bilər.

Şəbnəm Tovuzlu da il ərzində yetəri qədər izlənilib. İfaçının yeni klipi 1 milyon izlədiyi halda “Xəstəyəm” mahnısını 26 milyon insan dinləyib.

İt ilini Əhməd Mustafayevin ən uğurlu ili kimi də qeyd etmək olar. İfaçının təqdim etdiyi “Canan” klipi 17 milyon izlənmə toplayıb.

Murad Arif və Ramil Nabranın ifa etdiyi “Oppalara” mahnısına da yetəri qədər təlabat olub. Klipə 12 milyon izləyici baxıb. Qeyd edək ki, “Oppalara” türkiyəli məşhur müğənni Ziynet Salı tərəfindən də ifa edilib.

Damlanın “YouTube”da 181 min izləyicisi olsa da baxış sayına görə həmkarlarından geri qalır. Onun bu il təqdim etdiyi kliplərdə “Xəncər” klipi 12 milyon izlənilib.

“Maşın şou”dan sonra ulduzu daha da parlayan Talıb Tale “Niyə belə” klipi ilə 10 milyon 382 min baxış sayı toplayıb.

Dj Roshka və Sevil-Sevinc Səfərovaların “Azəri Mushup”ı 45 min baxışla Talıb Taledən geridə qalaraq 111 milyon izlənilib.

Məlumat üçün bildirək ki, bu klip müğənni İradə Mehrinin şikayəti ilə bir neçə saatlıq da olsa “YouTube”-dan silinib. Buna səbəb “Mushup”da ifaçının “Amma yenə də” mahnısından bir hissənin yer almasıdır.

Natavan Həbibinin “Sevgi bizi yola verdi” mahnısına çəkdiyi promo videonu 7,4 milyon nəfər izləyib.

Əməkdar artist Röya Ayxanın Türkiyə lahiyəsi olan “Afaki” “YouTube”da 4,1 milyon izlənilib. Onun Azərbaycan üçün çəkdirdiyi  “Səndən başqa” klipi isə 2,9 milyon izləmə yığıb.

Xalq artisti Aygün Kazımova və Raufun “Yaraşdın mənə” mahnı və klipi həmkarlarından çox geri qalır.
İşbirliyini 2 milyon insan izləyib.

Türkan Vəlizadənin “Ürəyimdir mənim” klipi il ərzində 1,4 milyon dəfə baxılıb. Elə bu klipin çəkilişlərindən sonra ifaçı avtomobil qəzası keçirərək uzun müddət müalicə alıb.

Zamiq Hüseynovun reper Elşad Xose ilə işbirliyi quraraq ərsəyə gətirdiyi “Özü bilər” ekran işinə isə 858 min insan tərəfindən baxıb.

Müğənni Günay İbrahimli il ərzində bir neçə klip təqdim etsə də onlardan “Kaderinle barış” 611 min baxış sayı toplayıb.


Teymur MƏMMƏDOV