-
- 17-07-2023, 15:47
- 260
Rusiya “Taxıl sazişi”ni dayandırdı, çörəyin qiyməti artacaq?
"Qara dəniz razılaşmaları faktiki olaraq qüvvədən düşüb"-bu haqda rəsmi Rusiya açıqlama yayıb. Rusiyanın bu addımı taxılın dünya bazar qiymətini 3.0 faizdən çox bahalaşdırıb. İnvestorlar yenidən taxıl qıtlığının olacağından ehtiyatlanırlar".
News24.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, Azərbaycanda hazırda çörəyin qiymətinin yüksəlməsi üçün iqtisadi əsaslar yoxdur: "Qlobal taxıl anbarlarında məhsul çoxluğu müşahidə edilir. Digər tərəfdən, Rusiyanın bu anlaşmadan uzun müddət kənarda qalacağı güman edilmir. Sahibkarların mövcud taxıl ehtiyatlarının əhəmiyyətli hissəsi buğdanın qiymətinin münasib olduğu dövrdə formalaşıb. İkincisi, qlobal bazardakı dəyişikliklərin yerli bazara real təsirləri qısa müddətdə müşahidə olunmur. Üçüncüsü, Azərbaycanda taxıl biçin mövsümü yeni tamamlanır və yerli ehtiyatlar da artıb. Deməli, hazırda çörəyin qiymətinin artırılması üçün hər hansı real əsas yoxdur".