Qlobal istiləşmənin yaratdığı "İstilik stressi" - BƏZİ ORQANLARIMIZIN FƏALİYYƏTİ DAYANA BİILƏR
    • 17-07-2020, 11:11
    • 1 492

Qlobal istiləşmənin yaratdığı "İstilik stressi" - BƏZİ ORQANLARIMIZIN FƏALİYYƏTİ DAYANA BİILƏR

Dünyadakı milyonlarla insanın qlobal istiləşmə səbəbiylə orqanlarının dayanmasına səbəb ola biləcək təhlükəli "istilik stressi" nə məruz qalacağı iddia edilib.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə Meteoroloji İdarəsi tərəfindən edilən bir araşdırmada, önümüzdəki illərdə istiliyin 32 dərəcədən çox olacağı günlərin sayı barədə məlumatların əldə olunduğu bildirilib.

"İstilik stresi"ndə halsızlıq, ürək bulanması və qıcolma kimi simptomlar olduğu halda bunlara məhəl qoymamaq, bədənin bəzi orqanlarının dayanmasına səbəb ola biləcəyi qeyd edilib.

"İstilik stressi" bədənin istiliyini həddindən artıq isti mühitdə sabit saxlamaq üçün səy göstərir. Bədən istiliyi lazımi səviyyədən yüksək olduğu təqdirdə ürək-damar sistemi yorulub istilik vurması, isti ilə bağlı yorğunluq, istilik spazmı və bəzi həyati orqanların dayanmasına gətirib çıxara bilər.