Polşa və Almaniya arasında zibil davası: İş məhkəməyə gedir
    • 18-07-2023, 16:05
    • 244

Polşa və Almaniya arasında zibil davası: İş məhkəməyə gedir

Polşa Almaniyanı 35 min ton zibili təmizləməkdən yayındıqları üçün Avropa İttifaqının Ədalət Məhkəməsinə şikayət edəcək.

News24.az xəbər verir ki, bu barədə Polşanın İqlim və Ətraf Mühit naziri Anna Moskva radioda qonaq olduğu bir verilişdə açıqlayıb.

Xatırladaq ki, Polşanın İqlim və Ətraf Mühit Nazirinin müavini Jacek Ozdoba may ayında Almaniya ilə bağlı hesabat hazırlayacaqlarını qeyd etmişdi.