Məhkəmədən bu ölkəyə şok cəza - Gündəlik 500 min avro cərimə
    • 21-09-2021, 08:45
    • 391

Məhkəmədən bu ölkəyə şok cəza - Gündəlik 500 min avro cərimə

Avropa İttifaqının Lüksemburqdakı məhkəməsi Polşanı gündəlik cərimə cəzasına məhkum edib.

News24.az xəbər verir ki, Varşava "Turov" mədənindən kömür hasilatını dayandırana qədər hər gün Avropa İttifaqının xəzinəsinə 500 min avro köçürməli olacaq.

Cəza Polşanın Avropa İttifaqının tövsiyələrini yerinə yetirənə qədər qüvvədə qalacaq. 

Buna baxmayaraq, Varşava sözügedən məbləği ödəmək niyyətində deyil. Onlar artıq Polşanın enerji sisteminin sabitliyini təhdid etdiyi üçün məhkəmə qərarına əməl etməyəcəklərini bildiriblər.

Qeyd edilib ki, heç bir məhkəmə qərarı ölkənin enerji təhlükəsizliyinə müdaxilə edə bilməz.

Bundan əlavə, bu mədəndən əldə edilən kömür Boqatin şəhəri və bələdiyyəsi üçün yeganə istilik təchizatı mənbəyidir. Bunun sayəsində ölkədə bütün elektrik enerjisinin yeddi faizinə qədəri istehsal olunur.

Qeyd edək ki, Çexiya hökuməti Polşanın sərhəd yaxınlığında yerləşən mədəni bağlaması üçün məhkəməyə müraciət edib.

Çex tərəfi iddia edir ki, Polşa mədəni qonşu ölkənin ətraf mühiti üçün çox zərərlidir.