Rusiya Ukraynaya kütləvi raket zərbəsi endirib
    • 18-02-2023, 12:07
    • 173

Rusiya Ukraynaya kütləvi raket zərbəsi endirib

Bu gün səhər Rusiya Ordusu Ukraynanın qərb, mərkəzi və cənub vilayətlərinə raket zərbələri endirib.

News24.az-ın “Uniana”a istinadən verdiyi xəbərə görə, Ukraynada hava həyəcanı elan olunub.

Nikolayev vilayətinin Hərbi Administrasiyasının rəhbəri Vitali Kim Qara dənizdən raketlər buraxıldığını bildirib.
Xarkov hərbi qarnizonunun rəisi Sergey Melnik Feodosiysk rayonundan 6 “Kalibr” raketi buraxıldığını və raketlərin qərb istiqamətində uçduğunu açıqlayıb.