-
- 18-07-2023, 18:23
- 182
Britaniya gizli laboratoriyada rus tanklarını öyrənir
Britaniyalı mütəxəssislər ən məxfi obyektlərdən birində - Porton Daun laboratoriyasında rus tanklarını öyrənirlər. Zəif yerləri aşkar etmək üçün avadanlığı hissə-hissə sökməyə başlayıblar.
News24.az xəbər verir ki, bunu Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin deyib.
O, bu barədə “The Telegraph”a müsahibəsində danışıb.
Onun sözlərinə görə, London Rusiya texnikası, o cümlədən tanklar və onlara gələcəkdə potensial təhlükə yaradan başqa dövlətlərin silahları haqqında məlumatları bir-biri ilə bölüşən ölkələr klubunun bir hissəsidir.
“Bizim alimlərimiz var ki, təfərrüatları həqiqətən ekspert səviyyəsində parçalayırlar. Bu, onların avadanlıqlarının necə işlədiyini, onu necə məğlub edə biləcəyimizi, daha da təkmil zirehlərə necə sahib ola biləcəyimizi, kommunikasiyalarını poza biləcəyimizi, müdafiə sistemlərinə nüfuz edə biləcəyimizi anlamağa kömək edir” , - Radakin deyib.
Arzu