-
- 18-07-2023, 18:53
- 201
“Dünyada ərzağın qiymətinin artmasından narahatıq”- BVF
“Son dövrlər qlobal səviyyədə ərzaq qiymətlərinin artmasından ciddi şəkildə narahatlıq keçiririk”.
News24.az xəbər verir ki, bunu sözügedən qurumun saytında yazdığı məqalədə icraçı direktor Kristalina Georgieva bildirib:
“Qymətlərin yüksəlməsi xüsusilə də az gəliri olan ailələrlə yanaşı, qida təhlükəsizliyinə də ciddi zərbə vurur. Dünyada inflyasiya dinamikasının azalan şkala üzrə dəyişməsinə baxmayaraq, qiymətlərdə müşahidə olunan artım səviyyəsi hələ də son dərəcə yüksəkdir. Bundan əlavə, inflyasiya ayrı-ayrı ölkələrin mərkəzi bankları tərəfindən görülən tədbirlərə adekvat reaksiya vermir”.
Qeyd edək ki, K. Georgieva iyulun əvvəlində verdiyi açıqlamada qlobal iqtisadiyyatda müşahidə olunan 3 faizlik artımın onilliklərin ən zəif göstəricisi olduğunu bəyan etmişdi.
Fərid Azəri