Sel aparan "Prado"... - Yeni görüntü
    • 18-07-2023, 21:11
    • 183

Sel aparan "Prado"... - Yeni görüntü

Xəbər verdiyimiz kimi, bu yaxınlarda leysan nəticəsində İsmayıllıda "Toyota Prado" markalı maşını sel aparmışdı. 

Qeyd edək ki, həmin avtomobil Türkmənistan vətəndaşına məxsus olub.

Belə ki, rayonun Yuxarı Zərnava kəndinə qonaq gələn Türkmənistan vətəndaşları olan ər və arvad kəndi tərk etmək üçün çaydan keçməyə cəhd göstəriblər.

Yağan yağışlardan sonra Girdimançay çayında suyun artması nəticəsində avtomobil çayın ortasında qalıb. Köməksiz vəziyyətdə qalan qonaqlar kənd sakinlərinin köməyi sayəsində avtomobildən çıxarılıblar.

News24.az həmin avtomobilin yeni görüntülərini təqdim edir: