Yanğınsöndürən maşını qəzaya uğradı: 5 nəfər yaralandı
    • 19-07-2023, 15:58
    • 201

Yanğınsöndürən maşını qəzaya uğradı: 5 nəfər yaralandı

Türkiyənin Pendik bölgəsində yanğın söndürməyə gedən xilasetmə maşını qəzaya uğrayıb. 

News24.az Sözcü nəşrinə istinadən xəbər verir ki, qəza nəticəsində 5 xilasedici yaralanıb.

Qəzaya səbəb xilasetmə maşınının təkərinin partlaması olub. Sürücü idarəetməni itirdiyindən avtomobil aşıb.

Yaralılar təcili yardım maşınları ilə xəstəxanaya aparılıb. Qəza anı təhlükəsizlik kamerasına əks olunub. (DHA)

Nərmin Murad