XİN bəyanat yaydı: 58 nəfər əcnəbi jurnalistin adı “qara siyahı”dan çıxarıldı
    • 19-07-2023, 16:09
    • 263

XİN bəyanat yaydı: 58 nəfər əcnəbi jurnalistin adı “qara siyahı”dan çıxarıldı

Xarici İşlər Nazirliyi, Azərbaycan Mətbuat Şurası və Medianın İnkişafı Agentliyi Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş bəzi xarici media nümayəndələrinin “qara siyahı”dan çıxarılması ilə bağlı bəyanat yayıb.

News24.az xəbər verir ki, bəyanat mətnini XİN-də keçirilən brifinqdə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə oxuyub.

Bildirilib ki, Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş 58 əcnəbi jurnalistin adı XİN-in “qara siyahı”sından çıxarılıb.