“Qara siyahı”dan çıxarılan jurnalistlər 15-ə yaxın ölkənin media orqanlarını təmsil edir
    • 19-07-2023, 16:21
    • 293

“Qara siyahı”dan çıxarılan jurnalistlər 15-ə yaxın ölkənin media orqanlarını təmsil edir

Hər il onlarla şəxs adlarının “qara siyahı”dan çıxarılması üçün Azərbaycan hökumətinə rəsmi üzrxahlıq məktubu ünvanlayır.

News24.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi, mətbuat katibi Ayxan Hacızadə brifinqdə deyib.

O qeyd edib ki, uyğun olduğu təqdirdə onların adları “qara siyahı”dan çıxarılır.

XİN sözçüsü əlavə edib ki, adları “qara siyahı”dan çıxarılan 58 jurnalist 15-ə yaxın ölkədən olan müxtəlif media orqanlarını təmsil edirlər.

“Onlar Azərbaycanın keçmişdə işğal altında olan ərazilərinə qanunsuz səfər etmişdilər. Həmin jurnalistlərin qarşısında belə tələb qoyulacaq ki, növbəti səfərlərdə Azərbaycanın qanunvericiliyinə riayət etsinlər”, - A.Hacızadə vurğulayıb.