Ötən il 238 xarici vətəndaşın adı XİN-in “qara siyahı”sına salındı
    • 2-04-2020, 16:41
    • 749

Ötən il 238 xarici vətəndaşın adı XİN-in “qara siyahı”sına salındı

2019-cu ildə 238 xarici ölkə vətəndaşının adı Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər etdiklərinə görə “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”na daxil edilib.

Bu barədə Nazirlər Kabinetinin 2019-cu il üzrə hesabatında bildirilib.

Qeyd olunub ki, daxil olmuş müvafiq müraciət və məlumatlar əsasında 2014-2019-cu illər ərzində 54 şəxsin adı sözügedən siyahıdan çıxarılıb. /Apa/