Məhbusun gizlətdiyi marixuana aşkarlandı
    • 19-07-2023, 20:00
    • 217

Məhbusun gizlətdiyi marixuana aşkarlandı

Penitensiar xidmətin əməliyyat aparatının və Daxili İşlər Nazirliyinin birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək həbs edilmiş və hal-hazırda Bakı istintaq təcridxanasında saxlanılan Əşrəfağa Azad oğlu Əlizadənin Sabunçu rayonu, Zabrat-1 qəsəbəsinin ərazisində gizlətdiyi ümumi çəkisi 482 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Bu barədə News.24.az-a Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Faktla bağlı araşdırma aparılır.