-
- 20-07-2023, 12:43
- 254
Milli Mətbuatın 148 illiyinə həsr olunmuş konfrans keçirildi
Milli Mətbuatın 148 illiyinə həsr olunmuş “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda konfrans keçirilib.
News24.az xəbər verir ki, konfrans Medianın İnkişafı Agentliyi, Audioviziual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə baş tutub.
Açılış nitqi ilə çıxış edən Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid bildirib ki, peşəmizin nüfuzuna xələl gətirən ünsürlərə qarşı bir olmağa çalışmalıyıq: “Ulu öndərin mətbuata verdiyi dəyərin hər zaman şahidi olmuşuq. Azərbaycanda 100 ildən artıq davam edən senzura ləğv edilib. Dəfələrlə ümummilli liderlə jurnalistlərin görüşləri keçirilib. Bu ənənə Prezident İlham Əliyevin də dövründə davam etdirilib. Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət hər birimizin həyatında böyük rol oynayır. Keçən il Mətbuat Gününü Şuşada qeyd etdik. Bu il də Şuşada böyük konfrans keçiriləcək. Bu da dövlətimizin jurnalistikaya verdiyi dəyərin bariz nümunəsidir. Biz çalışmalıyıq ki, peşəmizin nüfuzuna xələl gətirən ünsürlərə qarşı bir olaq”.
Konfransda çıxış edən Medianın İnkişafı Agentliyinin (MEDİA) şöbə müdiri Natiq Məmmədli bildirib ki, Azərbaycanın bütün ciddi media subyektləri məlumatlarını media reyestrinə daxil edib: " Ötən ilin oktyabrında Media Reyestri fəaliyyətə başlayıb. Azərbaycanın bütün ciddi media subyektləri məlumatlarını Media Reyestrinə bəyan ediblər. Bu proses artıq yekunlaşıb. Media sahəsində islahatların əsas məqsədi bu sahənin inkişafına nail olmaqdır. Bu proses davamlı xarakter daşıyacaq. Media sahəsində islahatlar yeni imkanlar və yeni fürsətlər deməkdir".
Audiovizual Şuranın sədri İsmət Səttarov müstəqillik əldə etdikdən sonra milli mətbuatımız üçün də yeni dövrün başladığını vurğulayıb: "Bu gün peşə bayramını iş başında keçirən jurnalistlər həm cəmiyyəti informasiya ilə təmin edirlər, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük rol oynayırlar. İnformasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi dövrdə media işçilərinin üzərinə daha böyük məsuliyyət düşür: Qloballaşan dünyada qlobal təhdidlərə qarşı çıxmaq, texnoloji inkişafın verdiyi bütün imkanlardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyada səsləndirmək. Düşünürəm ki, bu missiyanın öhdəsindən jurnalistlərimiz, media nümayəndələrimiz fəxrlə və böyük məsuliyyətlə gələcəklər”.