“Ukrayna ordusuna ayrılan vəsait və ora göndərilən hərbi texnikanın həcmi bizi qane etmir" - Cozep Borrel
    • 20-07-2023, 13:25
    • 205

“Ukrayna ordusuna ayrılan vəsait və ora göndərilən hərbi texnikanın həcmi bizi qane etmir" - Cozep Borrel

“Ukrayna ordusuna ayrılan vəsaitin və ora göndərilən hərbi texnikanın həcmi bizi qane etmir”. 

News24.az xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali komissarı Cozep Borrel bəyan edib. 

Onun sözlərinə görə, ittifaq yaxın gələcəkdə adıçəkilən ölkənin Silahlı Qüvvələrinin maliyyələşdirilməsinə milyardlarla dollar həcmində əvəzsiz yardım paketinin ayrılmasını nəzərdən keçirir. Bu vəsait digər zəruri hərbi xərclərlə yanaşı, qırıcı təyyarələrin alınmasına sərf olunacaq. 

C. Borrel həmçinin əlavə edib ki, ukraynalı hərbçilərin ittifaqdaxili ölkələrdəki təlim proqramlarına cəlbi də nəzərdən keçirilir. 

İlk vaxtlarda bu təlimlər Avrozona ölkələrində, daha sonra isə Ukraynanın hərbi poliqonlarında təşkil olunacaq.

Fərid Azəri