Türkiyə ilə Ermənistan sərhədində son vəziyyət
    • 20-07-2023, 13:59
    • 120

Türkiyə ilə Ermənistan sərhədində son vəziyyət

Ermənistan-Türkiyə sərhədində aparılan işlər tezliklə yekunlaşacaq.

News24.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan Ermənistan-Türkiyə sərhədinin açılması istiqamətində aparılan işlərlə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Hökumətin iclaslarında maliyyələşmə ilə bağlı bir sıra qərarlar qəbul edilib, Marqarada aktiv tikinti işləri aparılır. Ermənistan-Türkiyə sərhədində aparılan işlərin nə vaxt bitəcəyi ilə bağlı dəqiq tarix deyə bilmərəm, amma tezliklə olacaq”, - Badasyan qeyd edib.

“Bizim vəzifəmiz sərhəd-keçid məntəqəsində gömrük nəzarətinin lazımi qaydada həyata keçirilməsi üçün şəraiti təmin etməkdir, biz bunu həyata keçiririk. Və o məsələ bizim səlahiyyətimizdə deyil”, - deyə Badasyan tikinti işləri başa çatdıqdan dərhal sonra sərhədin açılıb-açılmayacağı sualına toxunub.

Akqabay