-
- 20-07-2023, 14:38
- 593
“Rusiya qurduğu tələyə özü düşdü” – Natiq Cəfərli
“Müharibədən bir neçə ay sonra Rusiya taxıl məsələsindən təzyiq vasitəi kimi istifadə etməyi düşünürdü. Zaman-zaman da bu alətdən istifadə edirdi. Bununla da dünya ictimaiyyətində ajiotaj yaratmaq və Rusiya ilə danışıqların vacibliyini vurğulamaq istəyirdi”.
Bu fikirləri News24.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.
O fikirlərinə belə davam edib: “Nəticə etibarilə zərbə Rusiyanın özünə dəydi. Məlum oldu ki, yazlıq buğdanı bazara özləri çıxara bilmirlər. Çünki ənənəvi olaraq Rusiya Novorossiysk Limanından dünya birjalarına taxıl ixrac edirdi. Belə olan halda BMT-nin və Türkiyənin təkliflərinə cavab verməyə məcbur qaldılar. Ötən ilin iyul ayında ilk dəfə 180 günlük taxıl anlaşması imzalandı. Bundan sonra dünya bazarında da taxıl qiymətlərində rahatlıq yarandı. Çünki müharibə başlayanda qiymətlər çox qalxmışdı. Anlaşmanın müddətinin bitməsinə bir neçə həftə qalmış Rusiya hər dəfə taxıldan bir alət kimi istifadə etməyə başladı. BMT və Türkiyə tərəfindən zaman-zaman Rusiyaya çağırışlar oldu. 1 illik müqavilə təklif edildi. Ancaq Rusiya bu varianta getmədi. Bu danışıqlara getmədiyinə görə də sazişdən çıxması ilə bağlı bəyanat verdi”.
İqtisadçı bildirib ki, Rusiya sazişdən çıxdıqdan sonra dünya bazarlarında təbii olaraq bu məsələyə reaksiya gəldi: “Rusiyanın Kremlə yaxın analitik mərkəzlərinin çıxışlarına baxırdım, onlar gözləyirdilər ki, Rusiya anlaşmanı ləğv edən kimi qiymətlər ən az 2 dəfə qalxacaq. Amma çox çılğın qiymət artımı olmadı. 10-12 faiz civarında qiymət artımı var. Təbii ki, qiymətlərin artması heç yaxşı hal deyil. Nəticə etibarilə Rusiyanın gözləntiləri boşa çıxdı. Proqnozuma görə, bir müddətdən sonra Rusiyanın özü məcbur qalıb, razılaşmaya geri dönə bilər. Çünki Rusiya Novorossiysk Limanında taxılının ixracatında ciddi problemlər yaşadı. Çünki Qara Dənizdən çıxmaq üçün Türkiyədən keçmək lazımdır. Rusiya Türkiyənin tələblərinə cavab verməsə, sanksiyaları hüquqi əsas gətirərək, Rusiya gəmilərinin boğazdan keçməsini əngəlləyə bilər. Təxminən 2 gün öncə Rusiyanın Taxıl istehsalçıları Cəmiyyəti belə bir açıqlama yaydılar ki, Rusiyanın “Taxıl Sazişi”ndən çıxması onlara təminən 1 milyard dollar ziyan vura bilər. Qəribə bir situasiya yaranıb. Rusiya taxıldan təzyiq vasitəi kimi istifadə etmək istəyirdi, ancaq indi özü “Taxıl Sazişi”ndən asılı vəziyyətə düşüb. Qısası, Rusiya tələ qururdu, özü tələyə düşdü”.