Aİ Ukraynaya silah tədarükünü artıracaq: Rusiyaya cavab olaraq..
    • 20-07-2023, 19:16
    • 220

Aİ Ukraynaya silah tədarükünü artıracaq: Rusiyaya cavab olaraq..

Avropa diplomatiyasının rəhbəri Cosef  Borel bildirib ki, Ukrayna Rusiyanın Qara dənizdə gəmiçiliklə bağlı qərarının nəticələri ilə üzləşməsi qaçılmazdır. Onun sözlərinə görə, Brüssel vəziyyətdən narahatdır və cavab olaraq Kiyevə silah tədarükünü artırmağa hazırdır.

News24.az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb. 

“Hər hansı bir hərbi gəminin Rusiya hərbi fəaliyyətinin hədəfi kimi təyin edilməsi qərarı Ukraynanın öz taxılını dəniz yolu ilə ixrac etmək imkanını əngəlləmək üçün atılan addımdır. İlk növbədə bunun Ukrayna üçün nəticələri olacaq. Ukraynaya hərbi dəstək yaratmaq baş verənlərə cavab verməyin yeganə yoludur”.

Borel xüsusilə Kiyevə daha çox hava hücumundan müdafiə sistemləri verməyi təklif edib.

Arzu