Məşhur aktrisa tənha ana olmağın çətinliyindən danışıb - FOTO
    • 1-03-2019, 20:16
    • 1 259

Məşhur aktrisa tənha ana olmağın çətinliyindən danışıb - FOTO

Məşhur hind aktrisası Sarika həyatı haqda maraqlı açıqlamalar verib.

News24.Az Hindistan mətbuatına istinadən xəbər verir ki, erkən yaşda ana olub, sonradan boşanan aktrisa iki qızını təkbaşına böyütdüyün və tənha ana olmağın çətinliyindən danışıb. Bildirib ki, övladlarına bağlı olduğu üçün hətta karyerasına da fasilə verməkdən çəkinməyib. 
Hazırda qızlarının böyüdüyünü və öz yollarını tutduqlarını deyən Sarika zarafatca artıq rahat nəfəs aldığını söyləyib.

Öz nəsil həmkarlarından fərqli olaraq həmişə sadə geyimdə və makiyajsız görünməyə üstünlük verən aktrisa ən böyük arzusunun səs rejissoru olmaq və özünü bütünlüklə o peşəyə yönləndirmək istədiyini dilə gətirib.