Məşhur aktrisa müğənniliyə başlayır
    • 15-11-2018, 14:53
    • 1 029

Məşhur aktrisa müğənniliyə başlayır

Türkiyənin tanınmış aktrisası Farah Zeynep Abdullah ciddi olaraq müğənnilik karyerasına başlayır.

Onun bu addımı heyranlarını təəccübləndirib... 

Tamaşaçılar çəkildiyi əksər film və seriallardan Farahın ifaları ilə tanışdırlar. İndi isə aktrisa bu istedadını konkret karyeraya çevirir. Bunun üçün albom hazırlığına başlayıb. Başda, single albom çıxartmağı planlaşdıran aktrisa bunun üçün vokal dərsləri alır. 
Single albomda yer alacaq sözü və musiqisi özünə aid "Bu hangi masaldı" adlı mahnıya klip də çəkiləcək.

Farah ona fanatlıq edənlərin diqqətinə çatdırıb ki, müğənniliklə bərabər aktrisa karyerasına davam edəcək.

News24.Az