Ərdoğan İsveçin NATO-ya üzvlüyü üçün şərtlərini açıqladı
    • 21-07-2023, 17:51
    • 213

Ərdoğan İsveçin NATO-ya üzvlüyü üçün şərtlərini açıqladı

"Türkiyənin İsveçin NATO-ya üzv olmaq istəyini təsdiqləməsi Stokholmun terrorla mübarizə ilə bağlı razılaşmaları yerinə yetirməsindən asılı olacaq”. 

News24.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“İsveçin NATO-ya üzvlük üçün müraciəti parlamentə təqdim edildikdə proses parlamentin iş qrafikinə uyğun şəkildə davam edəcək.

Danışıqlarımız zamanı İsveç tərəfinin verdiyi vədlərə və zəmanətlərə əməl edəcəyik. İsveçin atdığı addımlara uyğun davranacağıq.

NATO-nun ikinci böyük ordusuna sahib olan və praktiki olaraq alyansın lokomotivi olan Türkiyənin Aİ-yə üzvlüyü birliyə canlılıq və güc verəcək. İsveç yaxşı olardı ki, terror təşkilatlarına qarşı mübarizə üçün xüsusi tədbirlər görsün. Biz vədlərin və təminatların yerinə yetiriləcəyini gözləyirik ", - Ərdoğan deyib.

Arzu