Bakıda avtobus sərnişinlərini hiddətləndirən hadisə - FOTO
    • 2-03-2019, 10:55
    • 855

Bakıda avtobus sərnişinlərini hiddətləndirən hadisə - FOTO

Bakının girişində Şamaxinka kimi tanınan ərazidəki avtobus dayanacağında quraşdırılan MilliÖN ödəmə terminallarına müdaxilə olub.

News24.az-ın məlumatına görə, 20 Yanvara gedən yolun üzərində qoyulmuş aparatların qəpik daxil etmək üçün olan hissəsi bağlanıb.

Buna görə də sərnişinlər kartlarına pul yükləməkdə çətinlik çəkir. İnsanlar yalnız kağız pulla ödəniş etmək məcburiyyətində qalır. Sərnişinlər müdaxilə edilmiş aparatın fotosunu təqdim ediblər. Onlar bildiriblər ki, problem səbəbindən bəzən xeyli məsafəni piyada gedirlər.

Taleh BAĞIROV