İsveç Ukraynaya pul ayırdı - MƏBLƏĞ
    • 22-07-2023, 22:04
    • 241

İsveç Ukraynaya pul ayırdı - MƏBLƏĞ

İsveç Ukraynada infrastrukturun bərpasına 522,6 milyon avro ayıracaq.

News24.az-ın xəbərinə görə, bu barədə Ukraynanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bu vəsait adı çəkilən ölkənin təklif etdiyi "Ukraynada infrastrukturun bərpası və islahatlar Strategiyası" çərçivəsində maliyyələşdiriləcək.

Qeyd edək ki, sözü gedən strategiya 2023-2027 illəri əhatə edir.