Əfqanıstan XİN İranın ittihamlarına cavab verdi: TÖVSİYƏ EDİRİK Kİ...
    • 23-07-2023, 18:18
    • 113

Əfqanıstan XİN İranın ittihamlarına cavab verdi: TÖVSİYƏ EDİRİK Kİ...

“Rəsmi Tehranın İŞİD liderlərinin ölkəmizdə cəmləşməsi ilə bağlı ittihamları əsassızdır”. 
 
News24.az yerli “Bahtar” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Xarici İşlər Nazirliyi məlumat yayıb:
 

“İranın xarici işlər nazirinin diqqətinə çatdırmaq istəyirik ki, ölkəmiz daim İŞİD ilə mübarizə aparıb. Nəticədə sözü gedən qruplaşma gücünü əhəmiyyətli dərəcədə itirib. Əlinizdə söylədiyiniz fikirləri isbat edəcək faktlar varsa, bizə təqdim edə bilərsiniz. İran tərəfinə bu cür fikirlər səsləndirməkdənsə, qonşu ölkələrlə konstruktiv əməkdaşlığa çalışmasını tövsiyə edirik”.