İŞİD-in Xorasan qolunun lideri öldürüldü
    • 8-06-2023, 14:05
    • 243

İŞİD-in Xorasan qolunun lideri öldürüldü

İŞİD-in Xorasan qolunun lideri Şahab Əl-Muhacer öldürülüb.

News24.az xəbər verir ki, Əfqanıstan hökumətindəki bəzi təhlükəsizlik mənbələri dünən gecə Əfqanıstanın cənubundakı Kunar vilayətində keçirilən əməliyyat zamanı İŞİD-in Xorasan qolunun lideri “Şahab əl-Muhacir” ləqəbli “Sənaullah Qafari”nin öldürüldüyünü təsdiqləyib.

İŞİD lideri Əfqanıstanın əvvəlki hökumətində keçmiş vitse-prezidentin xüsusi mühafizəçisi olub. Xorasandakı İŞİD lideri Kabil Politexnik Universitetinin məzunudur. Şahab əl-Mühəcərin müavini "Mühəndis Ömər" də ötən ay dünyasını dəyişib./musavat.com/