Siyəzəndə dənizdə 3 nəfər batdı
    • 23-07-2023, 22:23
    • 160

Siyəzəndə dənizdə 3 nəfər batdı

Siyəzəndə dənizdə 3 nəfər batıb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Siyəzən rayonu, Zarat kəndi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 30 km aralı, nəzarətsiz ərazi) 3 nəfərin batması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub”, - məlumatda qeyd olunub.