Millimiz tarixində ilk dəfə Avropa çempionu oldu
    • 24-07-2023, 00:32
    • 305

Millimiz tarixində ilk dəfə Avropa çempionu oldu

Andorrada 16 yaşlı qızlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı C Divizionunun final oyunu baş tutub.

News24.az xəbər verir ki, Azərbaycanın qızlardan ibarət U-16 millisi və ev sahibi Andorra seçməsi arasında keçirilmiş həlledici görüşdə yığmamız 57:45 hesabı ilə qalib gəlib. Komanda heç bir oyunda məğlub olmadan Avropa çempionu olub.

Qeyd edək ki, bu çempionluq Azərbaycan qadın basketbolu adına tarixi bir ilkdir.