Avropa çempionatı: Azərbaycanın qız basketbolçuları ikinci qələbəsini qazanıb
    • 19-07-2023, 21:30
    • 426

Avropa çempionatı: Azərbaycanın qız basketbolçuları ikinci qələbəsini qazanıb

Azərbaycanın 16 yaşadək qızlardan ibarət basketbol yığması Andorradadakı Avropa çempionatında ikinci oyununu keçirib.

News24.az-ın məlumatına görə, yığma C divizionunun B qrupunda Moldova seçməsi ilə üz-üzə gəlib.

Azərbaycan komandası rəqibini 78:55 hesabı ilə üstələyərə qrupda ilk pilləyə yüksəlib. Növbəti görüş iyulun 20-də Albaniyaya qarşı olacaq.

Qeyd edək ki, milli daha əvvəl meydan sahiblərinə 64:50 hesabı ilə qalib gəlib.