Millimiz Albaniyaya qalib gəldi
    • 23-07-2023, 21:44
    • 318

Millimiz Albaniyaya qalib gəldi

Kosovanın paytaxtı Priştina şəhərində 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatı “C” divizionunun “B” qrupunda qərarlaşmış U-16 millimiz qrupdakı üçüncü oyununda Albaniya yığması ilə üz-üzə gəlib.

News24.az xəbər verir ki, qarşılaşmaya üstün başlayan U-16 yığmamız rəqibinə 87-67 hesabı ilə qalib gələrək qrupda ardıcıl ikinci qələbəsini qazanıb.

Millimizin qrupdakı sonuncu oyunu iddiasız San-Marino seçməsinə qarşı olacaq.

Oyun iyulun 24-də Bakı vaxtı ilə saat 19:30-da baş tutacaq.