Bakıda iki sərnişin avtobusu toqquşdu - 4 nəfər xəsarət aldı
    • 24-07-2023, 10:42
    • 141

Bakıda iki sərnişin avtobusu toqquşdu - 4 nəfər xəsarət aldı

Bu gün saat 09.25 radələrində paytaxtın Xocasən şosesinin Binəqədi rayonu ərazisindən keçən hissəsində iki sərnişin avtobusu toqquşub.

News24.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsibndən bildirilib.

“İsuzu” markalı avtobus eyni istiqamətdə qarşıda sərnişin mindirmək üçün dayanan eynimarkalı avtobusa çırpılıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, ölüm və ağır xəsarət halı yoxdur.

Hazırda faktla bağlı araşdırma aparılır.