Moskvaya hücum: Rusiya necə cavab verəcək?
    • 24-07-2023, 13:47
    • 262

Moskvaya hücum: Rusiya necə cavab verəcək?

Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, “Rusiyanın Ukraynada hərbi əməliyyatı  davam edir və məqsədə çatmaq lazımdır”. 

News24.az xəbər verir ki, o, jurnalistlərə “Ukrayna pilotsuz təyyarələrinin Moskva və Krıma bugünkü hücumuna Rusiyanın cavab verib-verməyəcəyini” soruşduqda belə cavab verib.

“Xüsusi hərbi əməliyyat davam edir, davam edəcək, məqsədlərə çatmaq lazımdır”, - Peskov bildirib.

Xatırladaq ki, gecə iki pilotsuz təyyarə Moskvaya hücum edib. Bir pilotsuz təyyarənin qalıqları Komsomolski prospektində, Rusiya Müdafiə Nazirliyinin binasının da yerləşdiyi 17 nömrəli evin yaxınlığında düşüb. İkinci dron Lixaçov prospektindəki biznes mərkəzinə düşüb. Binanın yuxarı iki mərtəbəsindəki şüşələr sınıb. Moskvanın Zelenoqrad inzibati rayonunda mərkəzi qəbiristanlığın ərazisinə pilotsuz təyyarənin düşməsi də qeyd edilib. Rusiya Federasiyasının Müdafiə Nazirliyi “Kiyev rejimini” terror aktına cəhddə ittiham edib.

Akqabay