-
- 24-07-2023, 13:22
- 299
"Moskvya hücum edildi, Rusiya niyə Ukraynanın bu mərkəzlərini vurmur?"
“Moskvada səhər saatlarında pilotsuz uçuş aparatları Moskvanın mərkəzində Müdafiə Nazirliyinin binalarının yanındakı binalara hücum edib. Partlayışlar olub. Komsomolski prospekti ilə avtomobillərin hərəkəti dayandırılıb. İndi Komsomolski prospekti ilə nəqliyyatın hərəkəti bərpa olunub. Bütün dronlar vurulub. Amma ətrafdakı tikililərə ziyan dəyib”.
News24.az xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.
“Rusiya Xarici İşlər Nazirliyi PUA-nın Moskvanın mərkəzinə hücumunu beynəlxalq terror aktı adlandırıb. Amma dünyanın əksər ölkələri bunu terror deyil, müharibə aktı hesab edir, çünki hədəf hərbi obyekt, Müdafiə Nazirliyinin binaları olub. Dünyanın əksər ölkələri Kiyevin hərəkətlərindən narazı deyillər, bəs görəsən, Moskva niyə Ukrayna hökumətinin qərar qəbul edən mərkəzlərini vurmur?” – Markov qeyd edib.
Xatırladaq ki, ötən gecə iki pilotsuz təyyarə Moskvaya hücum edib. Bir pilotsuz təyyarənin qalıqları Komsomolski prospektində, Rusiya Müdafiə Nazirliyinin binasının da yerləşdiyi 17 nömrəli evin yaxınlığında düşüb. İkinci dron Lixaçov prospektindəki biznes mərkəzinə düşüb. Binanın yuxarı iki mərtəbəsindəki şüşələr sınıb. Moskvanın Zelenoqrad inzibati rayonunda mərkəzi qəbiristanlığın ərazisinə pilotsuz təyyarənin düşməsi də qeyd edilib. Rusiya Federasiyasının Müdafiə Nazirliyi “Kiyev rejimini” terror aktına cəhddə ittiham edib.
Akqabay