Moskvaya hücum əmrini Zelenski verib - Korotçenko
    • 24-07-2023, 13:42
    • 168

Moskvaya hücum əmrini Zelenski verib - Korotçenko

“Ukrayna pilotsuz təyyarələrinin Moskvaya gecə zərbəsi prezident Vladimir Zelenskinin birbaşa göstərişi ilə həyata keçirilib”.

News24.az xəbər verir ki, bu sözləri rusiyalı hərbi ekspert, “Mülki müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Terror əməliyyatı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi tərəfindən hazırlanıb və həyata keçirilib”, - o bildirib.

Xatırladaq ki, ötən gecə iki pilotsuz təyyarə Moskvaya hücum edib. Bir pilotsuz təyyarənin qalıqları Komsomolski prospektində, Rusiya Müdafiə Nazirliyinin binasının da yerləşdiyi 17 nömrəli evin yaxınlığında düşüb. İkinci dron Lixaçov prospektindəki biznes mərkəzinə düşüb. Binanın yuxarı iki mərtəbəsindəki şüşələr sınıb. Moskvanın Zelenoqrad inzibati rayonunda mərkəzi qəbiristanlığın ərazisinə pilotsuz təyyarənin düşməsi də qeyd edilib. Rusiya Federasiyasının Müdafiə Nazirliyi “Kiyev rejimini” terror aktına cəhddə ittiham edib.

Akqabay