Musson yağışları Əfqanıstanda can almağa davam edir: 30 ölü, 70 yaralı
    • 24-07-2023, 12:06
    • 149

Musson yağışları Əfqanıstanda can almağa davam edir: 30 ölü, 70 yaralı

Əfqanıstanda musson yağışlarının yaratdığı daşqınlar nəticəsində 30 nəfər ölüb.

News24.az xəbər verir ki, bu barədə Talibanın idarəsi altında olan ölkənin Fövqəladə hallar Nazirliyi məlumat yayıb.

Qurumun sözçüsü Məhəmməd Rəhimi bildirib ki, ölənlərdən 26 nəfər Kabilin şərqindəki Meydan Vardak vilayətinin Cəlrez rayonunda həyatını itirib.

O qeyd edib ki, güclü musson yağışları torpaqdan tikilən yüzlərlə evi dağıdıb.

Digər dörd ölüm hadisəsinin paytaxt Kabildə baş verdiyini açıqlayan Rəhimi 70-dən çox insanın yaralandığını, ən az 40 nəfərin itkin düşdüyünü bildirib.