Pakistan musson yağışlarının qurbanı oldu – 13 ölü, çox sayda yaralı
    • 19-07-2023, 16:51
    • 138

Pakistan musson yağışlarının qurbanı oldu – 13 ölü, çox sayda yaralı

Pakistanın paytaxtı İslamabadda güclü musson yağışlarının səbəb olduğu fəlakətlər nəticəsində 13 nəfər həyatını itirib, çox sayda insan isə yaralanıb.

News24.az xəbər verir ki, bu barədə ölkənin Geo News telekanalı məlumat yayıb.

Paytaxtın Qolra Mor bölgəsində yağışlar nəticəsində tikilməkdə olan körpünün yaxınlığındakı divar uçub. Körpünün tikintisində çalışan və çadırlarında yatan fəhlələrdən 12-si uçan divarın altında həyatını itirib. Güclü yağışlar səbəbindən nəqliyyatın hərəkəti də iflic vəziyyətinə düşüb.
İslamabad-Pişəvər avtomobil yolunda baş verən yol qəzada da 11 nəfər xəsarət alıb. Hər il iyun-sentyabr aylarında yağan musson yağışları Pakistana ciddi ziyan vurur.

Nərmin Murad