Polyaklar Rusiya və Belarus arasında yeni hərbi birləşmə yaradır
    • 24-07-2023, 12:49
    • 214

Polyaklar Rusiya və Belarus arasında yeni hərbi birləşmə yaradır

Polşa Belarusla Rusiya Federasiyasının Kalininqrad vilayəti arasında yerləşən Suvalki dəhlizində Avqustov şəhərində yerləşəcək istehkamçı batalyonu yaradacaq. 

News24.az xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak öz Tvitter hesabında məlumat verib.

“Bu, bizim sıfırdan tikdiyimiz daha bir hərbi hissədir və sizi əmin edirəm ki, bu, sonuncu olmayacaq”, - o yazıb.

Nazir qeyd edib ki, o, Polşa əsgərlərini ölkənin təhlükəsizliyinin ən yaxşı təminatı hesab edir. O, yaxın vaxtlarda yeni müdafiə sərmayələrini açıqlayacağını qeyd edib.

Maraqlıdır ki, son günlər Polşanın Belarusla hərbi münaqişə planlaşdırması ilə bağlı şayiələr aktivləşib, beynəlxalq analitiklər də buna işarə edirlər. 
Moskva və Minskdə açıq şəkildə, ən yüksək səviyyədə Varşavadan gözlənilən təhlükəsizlik təhdidlərini bəyan edirlər və qeyd edirlər ki, Polşa tərəfi Ukrayna münaqişəsinə NATO-nu da cəlb etmək niyyətindədir.

Akqabay