Almaniya qaçqınları işlədəcək
    • 24-07-2023, 13:35
    • 121

Almaniya qaçqınları işlədəcək

Almaniyanın Baden-Vürtemberq federal əyalətinin rayon administrasiyalarının rəhbərləri qaçqınları işləməyə məcbur etmək niyyətindədir.

News24.az xəbəer verir ki, bu  barədə “Der Spiegel” məlumat yayıb. 

Qətnamə yekdilliklə qəbul edilib. Bildirilir ki,  sığınacaq axtaranlardan istənilən işi, o cümlədən qeyri-kommersiya təşkilatlarını qəbul etmələri tələb olunacaq. 

Bələdiyyə ümayəndələrinin  fikrincə, təşəbbüsün həyata keçirilməsi həm də dil kurslarının sayının artırılmasını nəzərdə tutur. İşə qəbul prosesi “sadə və mürəkkəb olmayan” xarakter almalıdır. Bununla yanaşı, rayon administrasiyalarının rəhbərləri qaçqın statusunun verilməsi ilə bağlı tələbləri aşağı salmaq niyyətindədirlər.

“Sosial dövlətimiz köməyə ehtiyacı olanlara dəstək verir. Bununla belə, dövlətin hər bir insanın öz imkanları daxilində cəmiyyətin uğurlarına da töhfə verəcəyini gözləmək hüququ olmalıdır”, - deyə Xristian Demokrat İttifaqının (CDU) nümayəndəsi Yoahim Valter qətnaməni şərh edib.

Onun sözlərinə görə, məcburi məşğulluq haqqında qərar “qaçqınların cəmiyyətdə daha fəal qəbul edilməsinə” töhfə verəcək. Qətnamədə həmçinin rayon administrasiya rəhbərlərindən Avropada sığınacaq axtaran şəxslər üçün sosial müavinətlərin vahidləşdirilməsi tələb olunur. 

“Mənim ciddi qorxum var ki, uzunmüddətli perspektivdə (qaçqınlar üçün sosial müavinətlər) bütün cəmiyyətin çiynində ağır yük olacaq”,- Valter yekunlaşdırıb.

Arzu