Şəkərli diabetlə bağlı qorxunc xəbərdarlıq: 2050-ci ilə qədər...
    • 24-07-2023, 13:57
    • 173

Şəkərli diabetlə bağlı qorxunc xəbərdarlıq: 2050-ci ilə qədər...

Vaşinqton  Universitetinin həkimləri tərəfindən şəkərli diabet haqqında araşdıma aparılıb. Açıqlanan nəticələr insanlarda böyük narahatlıq doğurub. Hesablamalardan sonra məlum olub ki, dünyada şəkərli diabetlə yaşayan insanların sayı yaxın 30 ildə iki dəfədən çox artacaq və 2050-ci ilə qədər ümumilikdə 1,3 milyard insana çatacaq. 

News24.az xəbər verir ki, bu barədə “The Lancet” yazıb. 

Araşdırmanın  müəllifləri dünyada şəkərli diabetin yayılması ilə bağlı bütün mövcud epidemioloji məlumatları təhlil edib ümumiləşdiriblər. Ümumilikdə tədqiqatçılar 1990-cı ildən 2021-ci ilə qədər məlumat toplanmış 27 mindən çox mənbəni tədqiq ediblər.

“Sosial-demoqrafik faktorları və piylənməni nəzərə alan modelləşdirmə alətindən istifadə edərək, 2050-ci ilə qədər diabetin yayılmasını proqnozlaşdırdıq. Komandamızın fikrincə, 30 il ərzində hər bir ölkədə yoluxma hallarının sayının artması gözlənilir. Şimali Afrika, Yaxın Şərq və Sakit Okean ada dövlətləri də daxil olmaqla, ən çox zərər görəcəyi gözlənilən bölgələrdə, cari tendensiyalara görə, 2050-ci ildə hər 5 nəfərdən 1-də diabet ola biləcək ölkələr var. Bu bölgələrdə yaşlı insanlar arasında diabetin yayılmasının daha da yüksək olacağı gözlənilir”,- deyə müəlliflər bildiriblər.

Tədqiqatçılar qeyd ediblər ki, dövlət orqanları xəstəliyin qarşısının alınması üçün tədbirlər görsə, proqnoz reallaşmaya da bilər.

Arzu